ABŞ -ın keçmiş prezidenti Donald Tramp amerikalı yəhudilərə müraciət edib.
Sfera.az xəbər verir ki, “Truth Social” hesabındakı paylaşımında Tramp ABŞ-da yaşayan yəhudiləri xüsusilə qınayıb.
ABŞ-ın keçmiş prezidenti Tvitter hesabında “Heç bir prezident İsrail üçün məndən daha çox iş görməyib. Təəccüblüdür ki, bizim gözəl Evangelistlərimiz bunu yəhudi inanclı insanlardan, xüsusən də ABŞ-da yaşayanlardan daha çox qiymətləndirirlər"-deyə eks prezident gileylənib.
İsraildə bəyənmə dərəcəsinin dünyada ən yüksək səviyyədə olduğunu və burada “asanlıqla baş nazir ola biləcəyini” iddia edən Tramp, “ABŞ yəhudiləri birlikdə hərəkət etməli və İsraildə sahib olduqlarını qiymətləndirməlidirlər. Çox gec olmadan!" O, paylaşımında qeyd edib.
ABŞ-da yaşayan yəhudiləri qınayan belə bir yazının Trampa hansı səbəbdən ehtiyacı olduğu hələ aydınlaşdırılmayıb.
2021-ci ildə Axios-a danışan Tramp 3 noyabr 2020-ci il prezident seçkilərində ABŞ-dakı yəhudi seçicilərin 75 faizinin rəqibi Co Baydenə səs verməsini tənqid edərək, “Onlar ya İsraili sevmirlər, ya da İsraili vecinə almırlar. " reaksiya vermişdi.