azia.az
azia.az

AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT

30-12-2021, 00:42

AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT
Teref.az yazır ki, vaxtilə Eldar Mahmudovun himayəsi altında biznes fəaliyyəti qurmuş eks deputat Nəriman Əliyev dövlət qanunlarına zidd olaraq heç kəsdən çəkinmədən kimlərəsə arxalanmaqla zəbt etdiyi ərazilərdə həm də ağacları kəsir. Redaksiyamıza Nəriman Əliyevin işçilərindən birinin verdiyi məlumata görə Nəriman Əliyev hələ deputat olduğu dövrdə belə ciddi biznes fəaliyyəti ilə məşğul olub. MTN şefi Eldar Mahmudovun bizneslərini idarə etməklə həm də özü üçün müəyyən imtiyazlar əldə edib. Belə ki, eks nazir Eldar Mahmudovun dəstəyi və himayəsi ilə qurduğu “Ştutqart” ehtiyat hissələri mağazalarının mərkəzi anbarı kimi istifadə etdiyi Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, köhnə MTN-nin hazırki DTX-nin akademiyasının yaxınlığındakı 50 sot boş ərazini zəbt etməklə oranı hasarlayıb və öz adına rəsmiləşdiribdir. Həmin ərazilərdə hələ sovet dövründə ekologiyanın sağlamlaşdırılması məqsədilə əkilmiş sağlam ağacaları kəsməklə yerində 4000 kvadartlıq üç mərtəbəli anbar və 700 kvadratlıq ofis tikmişdir. Yerdə qalan ərazidə qalan əlavə 37 ağacı kəsməklə isə yeni anbar tikintisi üçün hazırlamışdır. Çoxlu sayda ağacların kəsilməsinin böyük cinayət olduğunu bildiyi halda bu işin necə olacağını ona sorğulayan yaxınlarına isə bildirmişdir ki, hazırki ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev onunla deputat həmkarı olmuş və eyni zamanda hazırda da möhkəm dostdur. Ona görə də ona heç kəs heçnə edə bilməz və özü şəxsən Nazir müavini Firdovsi Əliyev ilə danışdığını ondan icazəsini almaqla bu işi görür. Maraqlıdır ki, sıravi insanlar bir ağac kəsməklə külli miqdarda cərimə edildiyi halda eks deputat doğurdanmı nazirdən icazə almaqla çoxlu sayda ağacları kəsib yerində anbar tikmək istəyir?!

Redaksiyamıza məlumat verən Nəriman Əliyevin köhnə işçisi həm də ərazinin köhnə və təzə kadrlardan ibarət video və foto görüntülərinin də onda olduğunu bildirərək bir neçə foto və video faktı bizə təqdim etmişdir. Onu da siz oxucularla bölüşürük.

Məsələni diqqətdə saxlayacaq və araşdırmamızı davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Teref.az
AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT
AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT
AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT
AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT
AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT
AĞAC KƏSƏN EKS DEPUTAT – NƏRİMAN ƏLİYEV FOTO, VİDEOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi