azia.az
azia.az

Rusiyada deputat SAXLANILDI - SƏBƏB

11-10-2022, 14:51


Moskva Şəhər Dumasının deputatı Leonid Züqanov 2,8 min rubl benzin pulunu ödəmədiyinə görə saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə deputatın babası Kommunist Partiyasının lideri Gennadi Züqanov “RİA Novosti”yə bildirib.

O, nəvəsinin saxlanmasını təxribat adlandırıb.

Bundan əvvəl teleqram kanalları Leonid Züqanovun oktyabrın 8-də saxlandığı, benzinin pulunu ödəmədən yanacaqdoldurma məntəqəsini tərk etdiyini yazıb.

Kommunist Partiyasının liderinin sözlərinə görə, nəvəsi Kutuzovski prospekti ilə hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Züqanov həbs olunmazdan əvvəl “Rosneft” yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq doldurub və bank kartını ödəniş terminalına daxil edib. O pulun hesabdan çıxarılmasını gözləmədən oranı tərk edib.

Yanacaqdoldurma məntəqəsinin əməkdaşları avtomobilin sürücüsü ilə bağlı polisə şikayət ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi