azia.az
azia.az

Azərbaycanda Aİ-92 markalı benzinin istehsalı ləğv olunacaq?.. – Ekspert ŞƏRH ETDİ

28-08-2018, 14:45

Bir neçə gün əvvəl Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti bahalaşdı. Bahalaşma bu markalardan olan benzinin ölkəyə idxal olunması və baha başa gəlməsi ilə əsaslandırıldı. Ölkədə benzin istehlakının 90 faizindən çoxu Aİ-92 markalı benzinin payına düşür. Ona görə də budəfəki qiymət artımı sürücülərə çox da təsir etmədi.

Cəmiyyətdə Aİ-92 markalı benzinin istehsalının ümumiyyətlə ləğv olunacağı ilə bağlı söz-söhbət yayılıb. Buna səbəb kimi dünyanın bir çox ölkəsində bu markalı benzinin istifadə olunmaması göstərilir. Doğrudanmı Azərbaycanda Aİ-92 markalı benzinin istehsalı ləğv oluna bilər?
Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran “106.3-ün dairəsi” verilişinin aparıcısı Raqif Raufoğlu Aİ-92 markalı benzinin başqa ölkələrdə istifadə olunmadığı haqda deyilənlərlə razılaşmayıb. O bildirib ki, deyib ki, Aİ-92 markalı benzin hazırda dünyanın çox ölkəsində istifadə olunmaqdadır.

“Aİ-92-ni “regular” adı ilə satırlar. Sadəcə, orada avro standart məsələsi var, çünki 92 markalı benzin Avro-4 üçün nəzərdə tutulmayıb, ili daha köhnə olan maşınlar üçün istehsal olunur. Ləğv olunmasına ehtiyac yoxdur, çünki kifayət qədər köhnə maşınlar var. Sadəcə Aİ-95 Avro-4 və daha yuxarı standartlara cavab verdiyi üçün onu xaricdən gətirirlər. Aİ-92 yanacağı Avropda da var, dünyanın digər yerlərində də ”.

R.Raufoğlu deyib ki, Azərbaycanda sürücülər avtomobilin tələb etdiyi benzini seçmirlər.

“Yanacaq çəninin qapağında avtomobilin hansı yanacaqla işlədiyi qeyd olunub. Bizim sürücülər də, avtomobil Aİ-95 markalı benzinlə işlədiyi halda qənaət etmək üçün Aİ-92 markasından istifadə edirlər. Sonra da problem olanda yanacaqdolma məntəqələrini ittiham etməyə başlayırlar. Bu isə düzgün deyil. Sən birinci yanacağı özün düzgün seçməlisən, ondan sonra problem olarsa, yanacaqdoldurma məntəqəsini ittiham edə bilərsən. Bizim bir növ benzinimiz var, o da Aİ-92-dir, Aİ-95 yerli isehsal deyil. Azərbaycanda Avro-4 və daha yuxarı standartlar üçün benzin ishtehsalı 2020-ci ildən sonra üçün nəzərdə tutulub. Bu gün Avro-3 standartına qədər Aİ-92 markalı benzinlə normal istifadə etmək olar”.

Aparıcının sözlərinə görə, yanacaqdoldurma məntəqələrində benzinin az vurulması individualdır.

“Burada əsas insan faktorudur. Gərək hamı avtomobilinə benzin dolduran zaman düşüb baxsın. Əvvəllər keçmiş Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən menzurka qablar verilirdi, hər kəsin hüququdur, tələb edə bilər ki, həqiqətən də sayğacda göstərilən miqdarda benzin doldurulurmu?”.

Benzinin keyfiyyətindən danışan ekspert deyib ki, Azərbaycanda eyni şəbəkənin fərqli ərazilərdəki yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti fərqlidir.

“Biz özümüz apardığımız yoxlamalarda yanacaqdoldurma məntəqələrindən Aİ-95 markalı benzin tökürdük. Məsələn, “Azpetrol”un Sabirabad və İmişlidə olan yanacaqdoldurma məntəqələrindən Aİ-95 markalı benzin vurduq, birinin oktanı 90 göstərdi, digərinin 89. Biz bir neçə yanacaqdoldurma məntəqələrində gördük ki, sanki, Aİ-92 markalı benzini Aİ-95 adı ilə satırlar. Çünki məntiqlə o qədər fərq ola bilməz. Belə faktlar var, amma təəssüf ki, onu yoxlayan mexanizm hələ ki yoxdur. Əvvəl bu işiƏvvəl bu işi Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi görürdü. Hazırda komitə ləğv olunub, indi bu nəzarətin hansı quruma tapşırılacağını gözləyirik. Çünki indi şikayət olanda hansı quruma ünvanlayacağımız bəlli deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi