Hamını çaş-baş salan VİDEO: Cərrahdan sərt sözlər
Xəbər verirli ki, həkim paylaşdığı videoda cərrahlar - Vüqar Fəttahpur, Səbuhi Dadaşov, Əşrəf Həsənzadə və Fərhad Ağayev barədə sərt ifadələr səsləndirib.
“Vüqar Fəttahpur bildiyin “maşennik”dir. Səbuhi doktor nə danışdığını bilmir. Əşrəf doktor deyir ki, yox, 7 ay yarısını sağaldacağam, yox, anju edəcəyəm... belə ağzına gələni deyən həkimdir. Fərhad, ümumiyyətlə, belə də...Elə bir qiymət dedi ki...”, - deyə o bildirib.
Arzu Vahidoğlu paylaşımına “Yaxında bütün sirləri açacağıq” qeydini əlavə edib.
Videoya münasibət bildirən Vüqar Fəttahpur isə şərh bölməsində "Dediyiniz sözlərə görə yaxında məhkəmədə cavab verəcəksən. Darıxma” yazıb.
Sözügedən paylaşım sosial şəbəkə istifadəçilərə arasında müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər videonun yumor məqsədilə hazırlandığını qeyd ediblər. Digərləri isə səsləndirilən fikirləri ciddi qəbul edərək həkimin həmkarları barədə bu formada danışmasını tənqid ediblər.
Bir qisim istifadəçi isə videonun zarafat məqsədilə çəkilməsi ehtimalında belə, bu cür ifadələrin həkimlərin peşəsinə və nüfuzuna xələl gətirdiyini bildirib.
(Bakupost)