azia.az
azia.az

Rusiya Ukraynaya raket zərbələri endirir-"Qisas əməliyyatı" başlandı

12-09-2022, 08:35

Rusiya Ukraynaya raket zərbələri endirir-"Qisas əməliyyatı" başlandı
Rusiya Ukraynaya raket zərbələri endirir-"Qisas əməliyyatı" başlandı
Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərindəki kritik və çox önəmli infrastruktur obyektlərinə qanadlı raketlərlə zərbələr endiriblər. "Qisas əməliyyatı" adlandırılan bu zərbələr seriyasında bir neçə istilik-elektrik stansiyası, dəmiryol vağzalı, nəqliyyat qovşağı və s. vurulub.
Dnepropetrovsk, Kremençuq, Poltava, Sumı və Xarkov vilayətlərində ən böyük istilik-elektrik stansiyalarına raket zərbələri endirilib.

Partlayışlar Xarkovdakı ən böyük İES sayılan İES-5-də səngimir.

Rusiyanın "Kalibr" və X-101 tipli qanadlı raketlərdən istifadə etdiyi vurğulanır.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Baş Komandanlığının verdiyi məlumata görə, 9 raket səmada vurulub.

Rusiya niyə belə edir?

Səbəb sadədir.

Ukraynanın elektroenerji infrastrukturunu əksər hissəsi ölkənin şərq və cənub-şərq vilayətlərində yerləşir.

Ukraynada 4 atom-elektrik stansiyası var - Zaporojye AES-i, Rovensk AES-i, Xmeltnisk AES-i və Cənubi Ukrayna AES-i (Nikolayev vilayəti).

AES-lərdə də 15 reaktor var ki, onların VVER-1000 tipli 6-sü Enerqodar şəhərindəki AES-dədir. Həmin 6 reaktor AES-dəki elektroenerji istehsalının 40 faizini və Ukraynanın elektroenerji balansının 20 faizini təmin edir.

Enerqordar rusiyalıların nəzarətindədir. Bu gecə isə rusiyalılar Zaporojye AESdə çalışan sonuncu, 6-cı enerji bloku elektroenerji şəbəkəsindən ayırıblar, "soyuq" vəziyyətə gətirələrək dondurmağa hazırlamağa başlayıblar.

"Qisas əməliyyatı" zamanı rusiyalılar ən önəmli istilik-elektrik stansiyalarını vuraraq Ukraynanın şimal, şərqi və mərkəzi vilayətlərini işıqsız qoymağa çalışıblar.

Ukraynanın elektroenerji sistemi bu problemin öhdəsindən gələ bilmədiyindən Cənubi Ukrayna və Xmeltnisk AES-lərdə enerji bloklarının istehsal gücü süni şəkildə azaldılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi