azia.az
azia.az

Rusiya aviasiyası Ukrayna səmasında böyük itki verdi - SİYAHI

10-03-2022, 08:40


Martın 8-9-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Birgə Qüvvələr Əməliyyatı bölgəsində və Kiyev vilayətində ən azı səkkiz hava hədəfini məhv edib.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Rusiya aviasiyası Ukrayna səmasında böyük itki verdi - SİYAHI
"Döyüş təyyarələri, S-300 və Buk-M1 zenit-raket qüvvələrinin bölmələri 4 Su-25 hücum təyyarəsini, rus işğalçılarının 3 helikopterini məhv edib. Həmçinin vurulan iki qanadlı raketin təsdiqi var. Müxtəlif strateji istiqamətlərdə Hərbi Hava Qüvvələrinin hücum təyyarələri və bombardmançı təyyarələri Quru Qoşunlarının hərəkətlərinə dəstək verməkdə və düşmən texnikasının kolonlarına raket və bomba zərbələri endirməkdə davam edir" - açıqlamada deyilir.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının əməliyyat hesablamalarına görə, Rusiyanın təyyarə itkisi 56, helikopter itkisi isə 82 ədəddir.

T.İSMAYIL


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi