Rusiyanın 4 ədəd S-300 sistemi məhv edildi
Ukrayna ordusu ölkənin cənubunda yerləşən Rusiyanın 3 silah anbarını məhv edib.![]()
Xəbər verilir ki, bu barədə Cənub operativ komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya ordusu cəbhə xəttində artilleriya və aviasiya hücumlarını aktivləşdirib.
Bildirilir ki Rusiya ordusunun 39 hərbçisi, 4 ədəd S-300 HHM sistemi, 1 ədəd "İmbir" RLS, 1 ədəd minaatan, 9 ədəd zirehli və avtomobil texnikası məhv edilib.