azia.az
azia.az

Ötən gün rus ordusu ciddi itki verdi - Siyahı

6-03-2022, 08:19


Müharibə başlayandan Rusiya ordusunun aviasiya texnikasının itkisi 44 təyyarə və 44 helikopterdir.
Ötən gün rus ordusu ciddi itki verdi - Siyahı
Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.


Ötən gün Rusiya 3 helikopter Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadası tərəfindən vurulub.

Quru Qoşunlarının “Cənub” əməliyyat komandanlığının hərbçiləri tərəfindən 1 Su-25 hücum təyyarəsi və 1 helikopter vurulub.

“Şimal” əməliyyat komandanlığının hərbçiləri 2 Su-34 təyyarəsini məhv edib. Həmçinin 2 Su-30SM təyyarəsi, “Orlan-10” PUA-sı və bir neçə qanadlı raket zərərsizləşdirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, artıq Ukraynada 10 mindən çox rus işğalçısı məhv edilib. Həmçinin rus qoşunları 269 tank, 945 zirehli döyüş maşını, 105 artilleriya sistemini itirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi