2 yaşlı qız onu sancan ilanı DİŞLƏYİB ÖLDÜRDÜ - FOTO
Türkiyənin Bingöl vilayətinin Kantar kəndində görünməmiş hadisə baş verib.
Evinin arxa bağçasında oynayan iki yaşlı qızı ilan sancıb. Bu zaman uşaq qışqırmağa başlayıb. Onun səsini eşidib köməyə gələn qonşuları təəccüb bürüyüb.
Qeyd olunub ki, qonşular ilanı qızın ağzında sıxılmış vəziyyətdə tapıblar. Məlumata görə, iki yaşlı SE (şərti ad) alt dodağını sancdığına görə intiqam almaq üçün 50 sm uzunluğu olan ilanı dişləyərk öldürüb.
Təcili olaraq Bingöl Doğum və Uşaq Xəstəxanasına çatdırılan balaca 24 saat müşahidə altında saxlanılıb.
Hazırda onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.//publika.az