azia.az
azia.az

Səkkiz yaşlı uşaq babasının maşınını sürdü – Nənəsini öldürdü

5-11-2019, 12:05

Səkkiz yaşlı uşaq babasının maşınını sürdü – Nənəsini öldürdü
Lənkəranda yaşlı qadın azyaşlı nəvəsinin idarə etdiyi maşın tərəfindən vurulub. Hadisə avqustun 6-da Mirzə Məhəmmədhüseyn Axund küçəsi, ev 190 ünvanında baş verib. Belə ki, sözügedən ünvanda yaşayan Zaur Ağayevin avtomobilini səkkiz yaşlı nəvəsi nəzarətsiz halda hərəkətə gətirib. Nəticədə uşaq nənəsi – 67 yaşlı Zahirə Dilşad qızı Ağayevaya maşınla ciddi xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi