Həkimlər qadının ağzından iri ilanı çıxararkən dəhşətə gəldi...
Dağıstanda həkimlər bir qadının ağzından iri ilan çıxarıblar.
Azia.az xəbər verir ki, 5-tv.ru saytı bu barədə bəhs edilən videonun xəstənin ağzından ilanın çıxarılması əməliyyatını əks etdirən son hissəsini yayımlayıb.
Hadisə Levaşi kəndində (Dağıstan, RF) baş verib. Gündüz bir ağacın altında yuxuya getmiş bir qadının açıq ağzına ilan girib. Yuxudan oyandıqdan sonra qadın mədəsində yad cisim olduğunu və ürəkbulanma hiss edərək xəstəxanaya yollanıb. Burada ümumi anesteziya(keyitmə) altında ilan xüsusi bir şlanqdan istifadə edilərək çıxarılıb.