azia.az
azia.az

Britaniya indi baş nazir seçkilərinin birinci turundadır, bu turda mühafizəkar deputatlar baş nazirliyə iki əsas namizədi seçəcəklər

19-07-2022, 08:26

Britaniya indi baş nazir seçkilərinin birinci turundadır, bu turda mühafizəkar deputatlar baş nazirliyə iki əsas namizədi seçəcəklər
Britaniyada baş nazir seçkilərinin üçüncü turu başa çatıb.

Bildirilir ki, beş namizəddən dördü növbəti mərhələyə keçib.

Birinci yeri əvvəlki iki turda olduğu kimi 115 səslə keçmiş maliyyə naziri Rişi Sunak tutub. İkinci və üçüncü yerlərdə keçmiş müdafiə naziri Penni Mordaunt (82 səs) və xarici işlər naziri Liz Tras (71 səs) qərarlaşıb. Dördüncü yeri bərabərlik və yerli idarəetmə naziri Kemi Badenox (58 səs) tutub.

Eyni zamanda parlamentin üzvü Tom Tuqendat Britaniya hökumətinin başçısı vəzifəsinə namizədlər siyahısından çıxıb. O, 37 səs toplayıb və beşinci yerdə qərarlaşıb.

Britaniya indi baş nazir seçkilərinin birinci turundadır, bu turda mühafizəkar deputatlar baş nazirliyə iki əsas namizədi seçəcəklər. Bundan sonra bütün Britaniya mühafizəkarlarının qalan iki namizəd arasından baş naziri seçəcəyi ikinci mərhələ baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi