Şəhriyar ardıcıl üç turda qələbə qazandı
“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında növbəti oyunlar keçirilib.
Xəbər verilir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov doqquzuncu turda norveçli Tari Aryanla heç-heçə edib. Sonrakı qarşılaşmalarda Niels Qrandelius (İsveç), eləcə də, Hindistan şahmatçıları Rameşbabu Praqnanandha və Pentala Harikrişna üzərində qələbə qazanan təmsilçimiz xalların sayını 19-a çatdırıb. O, bu nəticə ilə 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb. Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.