“Biz Türkiyə ilə ölkəmiz arasındakı mövcud gərginliyi azaltmaq istəyirik”.“Report” "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Janin Hennis-Palssçert krallıqda keçirilən parlament seçkilərindən sonra bildirib.
O, Türkiyəyə münasibətdə daha anlayışlı tərzdə davranılmasını təklif edib.
Nazir Türkiyə ilə Hollandiya arasında gərginliyin yüksəldilməsinin seçki ilə əlaqəsi olmadığını da vurğulayıb.
Qeyd edək ki, martın 15-də Niderland Krallığında keçirilən parlament seçkilərinin nəticələrinə əsasən baş nazir Mark Ruttenin Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası parlamentdəki 150 yerdən 33-nü qazanaraq birinci yerdə olub.
Radikal sağçı Gert Vildersin Azadlıq Partiyası isə 20 yer qazanaraq ikinci olub.