azia.az
azia.az

“Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

4-07-2022, 07:35

“Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”
ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”
Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar meymunçiçəyinə yoluxma hallarının artdığını açıqlayıb. Təşkilatın Avropa bölməsinin direktoru Hans Kluge yoluxma hallarının son iki həftə ərzində üç dəfə çoxaldığını bildirib.
ÜST-ün məlumatına görə, epidemiyanın episentri Avropadır. Qitədə 4500-dən çox yoluxma halı var.

Bildirilib ki, xəstələrin əksəriyyəti 21-40 yaş arasındadır. Onların 99 faiz kişilərdir.

Qeyd olunub ki, xəstəliklərin sayı sürətlə artsa da, hələ də Avropada meymunçiçəyi virusundan ölən olmayıb.

Hazırda hər 10 xəstədən biri xəstəxanada müalicə olunur. Yalnız 1 nəfər reanimasiyaya aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi