Rusiyada koronavirusa yoluxanların sayı
Rusiyada son bir gündə 2 774 nəfərə koronavirus diaqnozu qoyulub, 22 nəfər virusun qurbanı olub.
Azia.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da yoluxanların sayı 21 102 nəfərə, ölənlərin sayı 170-ə, sağalanların sayı isə 1 694 nəfərə çatıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 489.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 926 000-i ötüb. Bunların 452 614 nəfəri sağalıb, 119 732 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib