azia.az
azia.az

"Rusiya ilə görüşlərimiz nəticə vermir" -Nazir

4-12-2016, 10:22

"Rusiya ilə görüşlərimiz nəticə vermir" -Nazir
Bu günə qədər Rusiya ilə Bəşər Əsədin postunda qalıb-qalmaması məsələsini müzakirə etməmişik.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Yeni Birlik” qəzetinə açıqlamasında deyib.

Nazir bildirib ki, tərəflər arasında prioritet mövzu Hələbdə atəşkəsin təmin edilməsi və Nüsrə Cəbhəsi ilə müxaliflərin ayrılmasıdır:

“Böhrandan siyasi həll yolu ilə çıxmağı düşünürük. Lakin Əsədin postunda qalıb-qalmaması məsələsi ilə bağlı fikir ayrılıqlarımız davam edir. Türkiyənin Əsədlə bağlı mövqeyində qəti dəyişikliyi yoxdur. Hələ ki, görüşlər nəticə vermir”.

Çavuşoğlu onu da əlavə edib ki, Türkiyə-Rusiya danışıqlarına 3-cü tərəf qoşulmayıb.(Axar.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi