azia.az
azia.az

"Netflix" "Squid Game"i reallığa çevirəcək: 456 nəfər axtarılır - Mükafat 4,5 milyon dollardır

15-06-2022, 13:17

"Netflix" "Squid Game"i reallığa çevirəcək: 456 nəfər axtarılır - Mükafat 4,5 milyon dollardır
Netflix" platforması real "Squid Game" yarışma proqramı çəkir.

Azia.az bildirir ki, platforma Koreya istehsalı olan serialdan ilhamlanan şou üçün müraciətləri qəbul etməyə başlayıb.



Qeyd olunub ki, serialdan fərqli olaraq, müsabiqə iştirakçılarının həyatı təhlükə altında olmayacaq, ən pis ssenaridə onlar evə “əliboş” qayıdacaqlar. Yarış üçün dünyanın hər yerindən 456 oyunçu seçiləcək. “Bu, realiti şou tarixində ən izdihamlı və ən böyük pulun qazanıldığı şou olacaq. İştirakçılar orijinal seriyalardan ilhamlanaraq yeni yarışmalarda mübarizə apardıqca, onların strategiyaları, tərəfdaşlıqları və personajları da sınaqdan keçiriləcək, qalanlar isə oyundan kənarlaşdırılacaq”, - deyə "Netflix"in açıqlamasında qeyd olunub.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün ən azı 21 yaşında olmaq, ingilis dilini bilmək və 2023-cü ilin ilk aylarında 4 həftəlik çəkilişlərə hazır olmaq lazımdır. Mükafatın 4,5 milyon dollar olacağı əlavə edilib.



Qeyd edək ki, "Squid Game" "Netflix"in bu günə qədər ən çox baxılan seriallarından olub. 2021-ci ilin sentyabrında yayımlanan seriaı ilk 28 gündə 111 milyon istifadəçi tərəfindən izlənilib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi