azia.az
azia.az

Adı təcavüzdə hallanan aktyorun oynadığı səhnə serialdan kəsilib – FOTO

7-01-2022, 09:31

Adı təcavüzdə hallanan aktyorun oynadığı səhnə serialdan kəsilib – FOTO
“Sex and the City” filminin davamı olan “And Just Like That”ın son epizodundan Hollivud aktyoru Kris Notun baş rolda oynadığı səhnə kəsilib.

Qərar məşhur aktyorun adının cinsi təcavüzdə hallanması fonunda verilib. Serialda o, xəyalların adamı Mister Biq obrazını canlandırırdı.

Son epizod fevralın 3-də HBO Max-da yayımlanacaq.
Adı təcavüzdə hallanan aktyorun oynadığı səhnə serialdan kəsilib – FOTO
Xatırladaq ki, K.Not dekabr ayında CBS-in layihəsi olan “Equalizer” serialında rolunu itirib.

Qeyd edək ki, iki qadın 2004 və 2015-ci illərdə Kris Notun onları zorladığını bildirib. Daha sonra bu ittihamlara üçüncü qadın da qoşulub. Zərərçəkən 18 yaşında olarkən (2010-cu ildə) məşhur aktyorun ona təcavüzə cəhd etdiyini deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi