azia.az
azia.az

Yutubda ən çox qazananlar onlardır - SİYAHI

18-01-2022, 08:58

2021-ci ildə Yutubda ən çox qazanan istifadəçilərin adına aydınlıq gəlib.

Xəbər verilir ki, bu, “Forbes”in hazırladığı siyahı ilə müəyyənləşib.
Yutubda ən çox qazananlar onlardır - SİYAHI
Siyahıya məzmun istehsalçısı “MrBeast” başçılıq edir. 88,3 milyon izləyicisi olan yutuber ötən il ərzində 54 milyon dollar qazanıb. 2021-ci ildə onun videolarına iki milyardan çox baxış olub.

“MrBeast” əyləncəli videolarında təsadüfi insanlara pullar və hədiyyələr verməsi ilə tanınır. O, bu yaxınlarda “Squid Game”in setini quraraq burada yarışmalar keçirir. Təkcə bu yarışmalarla bağlı videolar 204 milyon dəfə izlənilib və böyük marağa səbəb olub.

İkinci sırada isə Jake Pauldur.

Yutubda 20,4 milyon abunəçisi olan Paul, boks və vlog videoları ilə tanınır. O, ötən il ərzində 45 milyon dollar qazanıb.

31,5 milyon abunəsi olan “Markiplier” isə əyləncəli oyun və parodiya xarakterli videolar paylaşır. O, bunun sayəsində ötən il ərzində 38 milyon dollar qazanıb.

Siyahıda digər sıralama aşağıdakı kimidir:

Rhett and Link - 30 milyon dollar

Unspeakable - 28.5 milyon dollar

Like Nastya - 28 milyon dollar

Ryan’s World - 27 milyon dollar

Dude Perfect - 20 milyon dollar

Logan Paul - 18 milyon dollar

Preston Arsement - 16 milyon dollar.qafqazinfo”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi