İran ikinci tankeri Venesuelaya verib
İran öz istehsalı olan ikinci tankeri Venesuelaya təhvil verib.
Xəbərə görə, bu barədə isə İSNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, neft tankerinin təhvil verilməsi ilə bağlı razılaşma Tehranda İran Prezidenti İbrahim Rəisi və Venesuela Prezidenti Nikolas Maduronun iştirakı ilə imzalanıb.
Tankerin uzunluğu 250 metr, eni 44 metr, hündürlüyü 21 metrdir. Tanker 800 min barel yanacaq daşımağa qadirdir.
Hazırkı tanker iki ölkə arasında əvvəlki razılaşmaların bir hissəsi kimi təhvil verilib və buna əsasən Tehran Karakas üçün ümumilikdə dörd tanker inşa etməlidir.