azia.az
azia.az

Azərbaycana aid yanacaq tankeri Sədərək-Dilucu sərhəd məntəqəsində partladıldı

18-05-2019, 11:23


Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək-Dilucu sərhəd keçid məntəqəsində ötən gün baş vermiş partlayışa dair yeni təfərrüatlar məlum olub.
Azərbaycana aid yanacaq tankeri Sədərək-Dilucu sərhəd məntəqəsində partladıldı
Azia.az xəbər verir ki, rəsmi “Anadolu” agentliyi Azərbaycan dövlət nömrə nişanlı yanacaqdaşıyan tankerin İran tərəfdən açılan atəş nəticəsində partladığını bildirir. Məlumata görə tanker Dilucu gömrüyünün dayanacağında park halında olarkən İran tərəfdən terrorçular maşına atəş açıb. Nəticədə tanker alovlanıb və bütün müdaxilələrə baxmayaraq tamamilə yanaraq sıradan çıxıb.

Türkiyə Dilucu Sərhəd Qapısından bildirilib ki, hadisə cümə axşamı günorta saatlarında baş verib. Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru BBC News Azərbaycancaya hadisəni "terror hücumu" kimi qiymətləndirib və deyib ki, ilk öncə tankerə atəş açılıb.

"Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır", o deyib.Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.
Azərbaycana aid yanacaq tankeri Sədərək-Dilucu sərhəd məntəqəsində partladıldı
Xatırladaq ki, Türkiyənin İğdır vilayəti ilə həmsərhəd İran bölgələrində PKK-nın qolu olan PJAK terrorçuları fəaliyyət göstərir.

Türkiyənin Naxçıvan muxtar respublikası ilə sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində Azərbaycan dövlət nömrə nişanlı yanacaq tankeri yanıb.

Azia.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Dilucu gömrük müdirliyinin dayanacağında gözləyən tanker qəfildən alovlanıb. Bu zaman partlayış baş verib və qəlpə bir gömrük əməkdaşını yaralayıb. Yaralı xəstəxanaya aparılıb. Alovların qıza zamanda böyüməsi səbəbindən dayanacaq boşaldılıb, hadisə yerində çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Yana maşın söndürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi