azia.az
azia.az

Rusiya ordusunun Ukraynada "beli qırıldı" - Dəhşətli itkilər Kremli qəzəbləndirib / KƏŞFİYYAT

4-05-2022, 13:49

Rusiya ordusunun Ukraynada "beli qırıldı" - Dəhşətli itkilər Kremli qəzəbləndirib / KƏŞFİYYAT
Ukrayna müharibəsi göstərdi ki, Rusiya ordusunu gözümüzdə çox böyütmüşük. Kreml qoşunlarının qonşu ölkəyə hücumunu tam bir fiasko adlandırmaq olar. Rusiyalılar qarşısına çıxan yaşayış məntəqələrini, obyektləri vurub dağıdır, bununla uğur görüntüsü yaratmağa çalışır. Əslində isə müharibə Rusiya ordusuna böyük itkilər bahasına başa gəlir. Rəqəmlər uğursuzluğu çılpaqlığı ilə ortaya qoyur.
Demedia.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyatı Kreml qoşunlarının indiki vəziyyətinə həsr olunmuş hesabat açıqlayıb. Burada Rusiya ordusunun Ukraynaya daxil olandan sonra xeyli zəiflədiyi xüsusi qeyd edilib. Böyük Britaniya kəşfiyyatı sanksiya amilini xüsusi qabardıb. Məhz beynəlxalq cəza mexanizmi rusiyalılara gələcəyə nikbin baxmağa imkan vermir. Hərçənd, Ukrayna müqavimət qüvvələrinin bacarığı da öz işini görüb.

Hesabatda yazılıb ki, 2005-2018-ci illərdə Kreml hava, piyada və dəniz qüvvələrinin maddi-texniki bazasını gücləndirmək üçün büdcəni azı iki dəfə artırıb. Britaniyalılar Rusiya ordusunda müəyyən müasirləşmənin getdiyini də etiraf edir. Amma rusiyalılar Ukraynada lazımi bacarıq ortaya qoya bilməyib. Həm strateji planların həyata keçirilməsində, həm də əməliyyatların icra olunmasında ciddi problemlər yaranıb. Nəticədə Rusiya ordusu böyük itkilər verib, xeyli zəifləyib.

“Rusiya ordusu həm maddi, həm də konseptual baxımından çox geri düşüb. Qısa müddətdə bərpa prosesi alınmayacaq. Sanksiyalar bütün imkanları məhdudlaşdırır. Rusiya ordusu üzün müddət özünə gələ bilməyəcək”.

Kreml qoşunları Ukrayna müharibəsində təxminən 24 min hərbçisini itirib. 1048 tank, 452 artilleriya sistemi, 194 təyyarə, 155 vertolyot sıradan çıxıb. Rusiya dəniz donanmasının 8 gəmisi sulara qərq olub.

Müharibə daha çox Ukraynanın şərqində davam edir. Rusiya ordusu Odessaya, Xersona hücumları gücləndirib. Bundan başqa, Kiyevə, Xarkova, Çerniqova, Mariupola, Nikolayevə, Lvova raket zərbələri endirilir. Danışıqlar prosesi heç bir nəticə vermir. Mütəxəssislər müharibənin hələ uzun müddət davam edəcəyini proqnozlaşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi