azia.az
azia.az

Ağır məğlubiyyətə uğrayan rus ordusu geri çəkilib

15-03-2022, 17:10


Rusiyanın Ukraynaya hərbi təcavüzünün 20-ci günündə döyüş əməliyyatlarının intensivliyinin xeyli aşağı düşdüyü müşahidə olunur. Hazırda Rusiya ordusu əsasən müdafiə mövqeyinə keçib və itkilərin yerini doldurmaq üçün əlavə qüvvələr səfərbər edir, bununla belə Ukrayna şəhərlərinə, o cümlədən paytaxt Kiyevə raket-bomba zərbələri endirməkdə davam edir.
Ağır məğlubiyyətə uğrayan rus ordusu geri çəkilib
Xəbər verilir ki, Ukrayna ordusunun “Şərq” əməliyyat komandanlığı bildirir ki, ötən gün Donbassda Rusiya qüvvələri böyük sayda texnika və canlı qüvvənin köməyi ilə hücuma keçiblər. Hücumun məqsədi Slavyansk şəhəri istiqamətindən Mariupolu və Kramatorsk şəhərini mühasirəyə almaq idi. Lakin döyüşlər zamanı Rusiya qüvvələri 100 nəfərə qədər canlı qüvvə, iki tank, üç BMP və BTR itirərək geri çəkiliblər.

Eyni zamanda Volnovaxa yaşayış məntəqəsi (Rusiya ordusu 100 min nəfər əhalisi olan bu şəhəri artıq yer üzündən silib) istiqamətindən hücum cəhdi olub, həmin istiqamətdə Rusiya ordusunun 4 BMP-si və bir bölük piyadası məhv edilib. Habelə Ukrayna aviasiyası və artilleriya gün ərzində Rusiya ordusunun cəmləşmə rayonlarına və texnikasına zərbələr endiriblər, 12 vahiddən çox avtomobil texnikası məhv edilib və ruslar darmadağın edilərək geri çəkiliblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı onu da bildirir ki, hərbi təcavüzün 20-ci günündə Rusiya ordusu hücum istiqamətlərinin heç birində əhəmiyyətli üstünlük əldə edə bilməyib. Döyüş əməliyyatlarının xarakterində ciddi dəyişiklik baş verməyib və Rusiya ordusu tutduğu hüdudlarda qüvvələri cəmləşdirməkdə davam edir. Ötən sutka ərzində hava hücumundan müdafiə qüvvələri dörd düşmən vertolyotunu, bir təyyarəsini vurub, Qara dəniz və Azov dənizi əməliyyat zonalarında dəniz desant əməliyyatının keçirilməsinə hazırlıq müşahidə olunmayıb.

Ötən gecə Rusiya ordusu Kiyevə də raket zərbələri endirib. Raketlərdən bir neçəsi iki çoxmərtəbəli yaşayış binasına dəyib, nəticədə dağıntı olub və yanğın başlayıb. Xilasedicilər dağıntılar altından iki dinc sakininin meyitini çıxarıblar, onlarla adam yaralanıb.

SON DƏQİQƏ! Ukraynanın Müdafiə Naziliyi açıqlama yaydı: Gecə nə baş verib?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi