Makron Rusiyaya qarşı yeni sanksiyaları DƏSTƏKLƏDİ
Fransa prezidenti Emmanuel Makron Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dəstəklədiyini bildirib.
![]()
Xəbər verilir ki, bu barədə o, "Le Figaro” qəzetinə müsahibəsində bildirib.
"Biz bunun belə davam etməsinə imkan verməyəcəyik. Mən Rusiyaya qarşı Avropanım yeni sanksiyalarını dəstəkləyirəm”, - Fransa prezidenti deyib.
Aprelin 5-də Avropa İttifaqı Rusiyaya qarşı beşinci sanksiyalar paketini təqdim edib. Sanksiyalar Rusiyanın dörd əsas bankı ilə əməliyyatların tamamilə qadağan edilməsini nəzərdə tutur.