azia.az
azia.az

Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb

4-04-2022, 07:26

Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 490 milyon 676 min 105-ə çatıb.
Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
Xəbər verilir ki, bunu ABŞ-ın Cons Hopkins Universitetinin məlumatları göstərir.

Virusun yayılması başlayandan indiyədək 6 milyon 151 min 171 nəfər dünyasını dəyişib.

İyirmi milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Böyük Britaniya və Almaniya yer alır.

Dünyada baş verən mühüm hadisələrin statistikası üzrə ixtisaslaşmış "Worldometer” portalının məlumatına görə, sutka ərzində planetin hər 1 milyon nəfərinə ölüm nisbəti 792,1 təşkil edib. ABŞ-da 3 015, Hindistanda 371, Braziliyada 3 068, Fransada 2 174, Böyük Britaniyada 2417, Almaniyada 1549 nəfər ölüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi