azia.az
azia.az

Dünyada avqust üzrə koronavirusa yoluxma rekord vurub

3-09-2021, 20:48

Dünyada avqust üzrə koronavirusa yoluxma rekord vurub
2021-ci ilin avqustunda dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı təxminən 20 milyon artaraq iyul ayı ilə müqayisədə 4,5 milyon çox olub.

Azia.az "report"a istinadən xəbər verir ki, sonuncu dəfə yüksək yoluxma bu ilin aprelində qeydə alınıb.

Pandemiyanın episentri hazırda Şimali Amerika və Asiyadır. Yaz aylarında ciddi epidemiyaların qeydə alındığı Qərbi Avropanın bəzi ölkələrində vəziyyət yaxşılaşıb, Şərqi Avropada isə əksinə, daha da pisləşib.

Koronavirusdan ölüm hallarına gəldikdə isə əgər iyul ayında dünyada təxminən 265 min insan ölübsə, avqustda bu rəqəm 300 minə yaxın olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi