azia.az
azia.az

Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verdi

1-04-2022, 08:13


Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasının ərazisindən tamamilə çıxarılıb.
Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verdi
Xəbər verilir ki, bu barədə feysbukda Ukraynanın istisna zonasının idarə olunması üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Yenilənmiş məlumat. Hazırda Çernobıl AES-in yerində heç bir icazəsiz şəxs yoxdur", - agentlik bildirib.

Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib:

“Bu gün Ukrayna MAQATE-yə məlumat verdi ki, fevralın 24-dən Çernobıl AES-ə nəzarət edən Rusiya qüvvələri AES-ə nəzarəti yazılı şəkildə ukraynalı personala təhvil verib”.

Leyla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi