azia.az
azia.az

Zelenski İsraildən yardım istədi: "Niyə bizə silah vermirsiniz?"

21-03-2022, 00:33

Ukrayna prezidenti Volodimir Zelenski İsrail xalqına və ölkə hökumətinə müraciət edib. Xəbər verilir ki, o İsraildən yardım istəyib. Zelenskinin müracətində deyilir:
Zelenski İsraildən yardım istədi: "Niyə bizə silah vermirsiniz?"
"Sizdən kömək istəyirik. İsraildə hamı bilir ki, sizin raketdən müdafiəniz çox güclüdür. Siz ukraynalıların və ukraynalı yəhudilərin həyatının qorunmasına mütləq kömək edə bilərsiniz.

Soruşmaq olar ki, niyə indiyədək Ukraynaya silah verməmisiniz və ya niyə Rusiyaya qarşı sanksiyalar tətbiq etmirsiniz?

İsrail xalqı, ukraynalılar yəhudiləri 80 il əvvəl xilas etdilər. Deməli, sizin də bu seçiminiz var. Təşəkkür edirəm, hər şey üçün təşəkkür edirəm!”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi