Zelenski Ukrayna xalqına müraciət etdi
Ukrayna prezidenti Volodimir Zelenski “DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərəfindən tanımasından sonra xalqa müraciət edib. Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinin pozulduğunu bildirib.Dövlət başçısı qeyd edib ki, bu tanınma ilə Rusiyanın Minsk razılaşması və Normandiya formatından çıxdığını göstərir və münaqişənin sülh yolu ilə həllinə mane olur. Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq. “Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib. Bununla belə, dövlət başçısı çıxışına nikbin notlarla yekun vurub: “Yuxusuz gecə üçün səbəb yoxdur”, deyə Zelenski vurğulayıb.