azia.az
azia.az

“Zelenski oyuncaqları” saatlar ərzində satıldı - VİDEO

20-03-2022, 07:59

“Zelenski oyuncaqları” saatlar ərzində satıldı - VİDEO
Ukraynanın Odessa şəhərində ukraynalılar silah və ilk yardım təlimləri keçərkən paytaxt Kiyevdə xalq 1,5 milyon lalədən Ukrayna gerbi düzəldib.
Xəbər verilir ki, Ukraynaya yardım məqsədilə istehsal edilən “Zelenski oyuncaqları” isə saatlar içində satılıb. Sofia meydanına sərilən lalələr ukraynalı qadınların şərəfinədir.
ABŞ-ın Çikaqo şəhərində bir oyuncaq firması Ukraynada müharibədən zərər çəkənlər üçün yardım kampaniyası təşkil edib. Ukrayna Prezidenti Volodimir Zelenskinin oyuncağını istehsal edən firma hər nüsxəni 100 dollardan satışa çıxarıb. İçində Ukrayna bayrağının da olduğu müxtəlif oyuncaqlar isə 20 dollardan alıcı tapıb.
İlk partiya oyuncaqların hamısı satılıb və 145 min dollar yardım toplanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi