azia.az
azia.az

"Ukrayna minimum tələblərlə razılaşmır"

20-03-2022, 08:43


"Ukrayna minimum tələblərlə razılaşmır"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ukrayna, Qərb və Çinlə münasibətlərlə bağlı bir sıra açıqlamalar verib. Lavrovun fikrincə, Ukraynadakı müharibə "Ukraynanın neytral statusu haqqında onun üçün təhlükəsizlik zəmanəti ilə hərtərəfli razılaşma" ilə başa çatmalıdır.
"Ukrayna minimum tələblərlə razılaşmır"
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Ukrayna danışıqlar zamanı Rusiyanın "minimum tələbləri" ilə razı deyil və buna görə amerikalıları günahlandırıb: "ABŞ Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin "əlini tutur" və Kiyevə Moskvanın irəli sürdüyü minimum tələblərlə belə razılaşmağa imkan vermir".

Bundan əlavə, o qeyd edib ki, Polşa NATO-ya ölkənin qərb bölgəsinə nəzarəti ələ keçirmək üçün Ukraynaya sülhməramlı kontingent göndərməyi təklif edir.

Lavrov onu da deyib ki, Rusiya Qərblə münasibətləri yaxşılaşdırmaq üçün heç bir cəhd etməyəcək və Qərb "dalandan necə çıxacağına" özü qərar verməlidir. (RİA-Novosti)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi