“Ukrayna Rusiyanın kapitulyasiyasını anlayışla qəbul edəcək”
“Ukrayna Rusiyanın kapitulyasiyasını anlayışla qəbul edəcək”
“Ukrayna hökuməti Rusiya Federasiyasının kapitulyasiyasını anlayışla qəbul edəcək”. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbuk səhifəsində yazıb.
“Hər bir rus əsgərinə Rusiya gəmisinin arxasınca getməyi və ya çox gec olmadan Ukrayna əsirliyinə təslim olmağı şiddətlə tövsiyə edirəm. Həm də kapitulyasiya haqda fikirləşməyi. Ukrayna Rusiyanın təslim olmasını anlayışla qəbul edəcək”, - Reznikov qeyd edib.
O, həmçinin əlavə edib ki, prezident Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna rəhbərliyi Kiyevdə qalır.