azia.az
azia.az

NATO Ukraynaya sülhməramlı missiya göndərə bilər

17-03-2022, 13:22

NATO Ukraynaya sülhməramlı missiya göndərə bilər
NATO Ukraynaya sülhməramlı missiya göndərə bilər
“NATO-nun növbəti sammitində Ukraynada sülhməramlı missiyanın tətbiqi məsələsinə baxılacaq”. APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski deyib.
"Ukraynaya NATO-nun sülhməramlı missiyasının göndərilməsi təklidi çox vacibdir. Ukrayna suveren dövlətdir və istənilən hərəkəti öz ərazisində etmək hüququna malikdir. Qadınlar və uşaqlar, mülki şəxslər öldürülərkən onun başqa ölkələrdən qoşun dəvət etmək hüququ var. Belə bir sülhməramlı missiya, şübhəsiz ki, Ukraynanın əksər hissəsinə sülh və əmin-amanlıq gətirəcək. Mən Putinin NATO-ya hücum etməyə cəsarət etdiyini düşünmürəm”, - deyə Morvetski bildirib.
Xatırladaq ki, eyni zamanda Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq Alyansın Ukraynaya qoşun yeritməyəcəyini qeyd edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi