azia.az
azia.az

“NATO Ukraynaya görə döyüşməyəcək” – Generaldan ŞOK AÇIQLAMA

28-01-2022, 09:23


Rumıniyanın müdafiə naziri Vasile Dınku Ukrayna ətrafındakı gərgin situasiyanı şərh edib və əminlik bildirib ki, NATO-nun Ukrayna böhranına hərbi müdaxiləsindən söhbət gedə bilməz.
“NATO Ukraynaya görə döyüşməyəcək” – Generaldan ŞOK AÇIQLAMA
Nazirin bəyanatını Rumıniyanın «Digi24» portalı yayıb. Orada qeyd olunur ki, Alyansın reqlamenti Ukraynanın hərbi müdafiəsini nəzərdə tutmur, belə ki, Ukrayna ittifaqın üzvü deyil.

«Ukraynaya əsgər və texnika göndərmək barədə söhbət yoxdur. Bunu etmək mümkün deyil, ordu yalnız NATO üzvü dövlətlərin təhlükədə olduğu halında yeridilə bilər, Ukrayna isə üzv deyil» – Vasile Dınku bəyan edib.

Onun sözlərinə görə, hazırda Ukrayna ərazisində mümkün hərbi münaqişəyə təsir məsələsi Rumıniyada gündəlikdə deyil – iqtisadi, siyasi və sosial nöqteyi-nəzərdən. «Biz, bir sıra təbdirlər təklif edərik, hətta əgər NATO-nun hərbi müdaxiləsi barədə söhbət getməsə də. Nə baş versə də, mütləq bölgənin təhlükəsizliyi, hətta bütün Avropa üçün zəncirvari nəticələri olacaq» – nazir vəd edib.

O, həm də qeyd edib ki, silahlı münaqişənin başlanması halında Buxarestdə Ukraynadan miqrant dalğasının yaranma imkanlarını mümkün hesab edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi