azia.az
azia.az

NATO Ukraynaya hərbi dəstək verəcəyini rəsmən açıqladı: “Havadan, qurudan və sudan…”

25-02-2022, 23:32

NATO Ukraynaya hərbi dəstək verəcəyini rəsmən açıqladı: “Havadan, qurudan və sudan…”
"Bu gün liderlər olaraq Ukraynaya dəstəyimizin davamı ilə bağlı qərar qəbul etdik”.

Bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun fövqəladə iclasından sonra mətbuata açıqlamasında bildirib.

"Müdaxilə qüvvələrimizi dənizdə, quruda və havada hərəkətə keçirdik. ABŞ, Kanada və Avropadakı müttəfiqlərimiz minlərlə hərbçisini ittifaqın şərq qanadına daşıdı. Gəmilərimiz Aralıq dənizindən şimala keçdi.

Rus birlikləri Kiyevə doğru irəliləyir, məqsədləri hökuməti dəyişdirməkdir. Rusiyanı bu mənasız müharibəyə son verməyə çağırırıq. Rusiya təcavüzkardır. Belarus ona kömək edir. Rusiya bunun ağır nəticələrini ödəyəcək.

Ukraynaya hərbi və fərqli tipdə avadanlıqlarla dəstək verməyə davam edəcəyik”, – o bildirib.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi