Əsir götürülən rus hərbçilərinin sayı açıqlandı
Fevralın 24-dən indiyədək Rusiya ordusunun 2 min nəfərədək hərbçisi əsir götürülüb.
Xəbər verilir ki, bunu Ukraynanın daxili işlər nazirinin müavini Anton Qeraşenko bildirib.
Qeraşenko əlavə edib ki, əsir götürülənlər əsasən döyüşdən sonra meşəlik ərazilərə qaçanlardır. Onları Ukrayna əsgərləri əsir götürüb.
"Əsirlərin dəqiq uçotu hələ aparılmır. Amma deyə bilərəm ki, sayları 2 min nəfərə çatır", - deyə nazir müavini qeyd edib.My Webpage