azia.az
azia.az

Əsir düşən Ukrayna və Rusiya əsgərləri - FOTOLAR

24-02-2022, 16:28

Əsir düşən Ukrayna və Rusiya əsgərləri - FOTOLAR
Ukrayna ordusu iki əsir götürüb.

Azia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Valeri Zalujnı əsirlərin olduğunu təsdiqləyib. Bildirilib ki, onlar Yampol motoatıcı alayının 91701 saylı hərbi hissəsindəndirlər.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko rus hərbi əsirlərin fotolarını dərc edib. Onun sözlərinə görə, əsirlər tam təhlükəsiz şəraitdədir.

"Heç bir şey onların həyatına təhlükə yaratmır" - Qeraşenko deyib.

O, eyni zamanda rus analarını küçələrə çıxmağa çağırıb.

Bundan əlavə, Ukrayna hərbçiləri də əsir düşüb.

Ukraynadan fərqli olaraq Rusiyanın əsir götürülənlərlə davranışı birmənalı qarşılanmayıb.

(olke.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi