azia.az
azia.az

Ukraynada çeçenlər "Şeyx Mansur batalyonu" yaratdılar - "Ukraynadan pul almırıq" - VİDEO

6-03-2022, 08:34


Ukrayna Rusiya müharibəsində Rusiyaya ilk yardım Çeçenistan lideri Kadırovdan gəlib. Kadırov öz qoşunlarını Rusiya adından döyüşmək üçün Ukraynaya göndərib. Türk mediasının yazdığına görə, Kadırovun legitimliyini qəbul etməyən və özünü "Şeyx Mənsur batalyonu" adlandıran çeçen qruplaşmasının lideri Müslüm Çeberlov Kiyevdə ruslara qarşı döyüşür. "Biz qisas almağa gəlmişik. Sayımız günü-gündən artır. Kadırov bizim düşmənimizdir", - Çeberlov deyib.
Ukraynada çeçenlər "Şeyx Mansur batalyonu" yaratdılar - "Ukraynadan pul almırıq" - VİDEO
Xəbər verilir ki, "Yeni Şafak"dan Burak Doğanın xəbərinə görə, Çeberlov "2014-cü ildə Krımın ilhaqı ilə başlayan müharibəyə qatılmaq üçün Mariupola gəldik. Burada "Cahar Dudayev" və Şeyx Mənsur batalyonlarını qurduq" deyib. Əlavə edib ki, iki çeçen müharibəsində dörd liderimiz və minlərlə insanımız şəhid olub. Biz bura qisas almağa gəlmişik. Biz əvvəllər Mariupol şəhərində idik. Bu son münaqişələrlə bağlı Ukrayna administrasiyası bizdən Kiyevə gəlməyi xahiş etdi. Biz indi Kiyevdəyik. Ukrayna administrasiyası ilə münasibətlərimiz yaxşıdır. Əsgər sayımızı deyə bilmərəm, amma ilk başladığımız vaxtdan 2-3 dəfə çoxuq. Saylarımız hər gün artır. Polşa vasitəsilə Avropadan gələn çeçenlər var. Ukrayna süqut etsə, Rusiyanın bilavasitə yaxınlığındakı ölkələr suverenliyini itirəcək. Çünki 1994-95-ci illərdə Cahar Dudayev bu barədə bir neçə dəfə xəbərdarlıq etmişdi. O, Rusiyanın Çeçenistanla qalmayacağını, Gürcüstanın, Krımın, Ukraynanın da Rusiyanın işğalına məruz qalacağını bildirib. "Ukraynadan heç bir pul almırıq" deyib.

Anar Əli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi