“Qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar” – Ukraynadan Rusiyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ
Ukrayna müdafiə naziri Aleksey Reznikov bəyan edib ki, Rusiya Ukraynaya yeni müdaxilə edərsə, qalib gəlməyəcək və rus hərbçiləri evlərinə tabutda qayıdacaqlar.
Azia.az xəbər verir ki, Reznikov bu barədə “CNN”ə müsahibəsində danışıb.
Nazir müxbirə Ukrayna uğrunda şəhid olan hərbçilərin xatirə lövhələrini göstərib: “Rusiyada da belə yerlər olacaq. Ruslar nəyə görə, hansı səbəblərə görə öləcəklər?”
Reznikov əmin edib ki, Ukrayna qorxmur. Həmçinin qeyd edib ki, Ukrayna özünün və ABŞ kəşfiyyatının məlumatlarına inanır, lakin Rusiyanın hücumu ilə bağlı hələ də dəqiq məlumatyoxdur.
Daha sonra müxbir birbaşa Reznikovun rus işğalına inanıb-inanmadığını soruşub: “Rusiyanın Ukraynada qalib gələcəyinə inanmıram. Bu fərqlidir. Bu qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar”.