azia.az
azia.az

Ukrayna “Bayraqdar”ları necə alır? – Türkiyədən cavab

4-03-2022, 08:47


Türkiyə Ukraynaya "Bayraqdar” PUA-larını yardım olaraq vermir. Bu PUA-ları Ukrayna şəxsi şirkətdən pulunu ödəyərək alır.
Ukrayna “Bayraqdar”ları necə alır? – Türkiyədən cavab
Xəbər verilir ki, bu sözləri Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Qıran deyib.

"Bayraqdar” – özəl müəssisənin məhsuludur. Ukrayna bu məhsulu almaq istədi və onlar arasında müqavilə imzalandı. Məhsul da göndərildi. Bütün dünyada belədir. Bu gün Rusiyada da, ABŞ-da da hərbi məhsulu özəl şirkətlər istehsal edir. Bu şirkətlər istədiyi sazişi bağlayıb, məhsulunu sata bilirlər. Türkiyə bu PUA-ları yardım olaraq verməyib. Əlbəttə, o ayrı məsələdir ki, biz bu PUA-larla fəxr edirik”, - o bildirib.

Qeyd edək ki, Ukrayna 2018-2020-ci illərdə Türkiyədən 74 milyon dollar ödəyərək "Bayraqdar TM2” PUA-ları alıb.

Rusiya ilə döyüşdə "Bayraqdar”ların performansı qarşı tərəfin ciddi narahatlığına səbəb olub. Türkiyə şirkəti isə bu məhsulu Rusiyaya da satmağa hazır olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi