azia.az
azia.az

“Bayraqdar” Donbasda ilk zərbəsini endirdi – VİDEO

27-10-2021, 08:32

“Bayraqdar” Donbasda ilk zərbəsini endirdi – VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Bayraqdar” PUA-sından Donbasda zərbə endirildiyi xəbərini təsdiqləyib.
"Azia.az" Axar.az-a istinadla xəbər verir ki, Baş Qərargah PUA-nın düşmənin topunu məhv etdiyini açıqlayıb və videosunu yayıb.

“Bu gün, 26 oktyabr 2021-ci ildə baş komandan general-leytenant Valeri Zalujnının əmri ilə ilk dəfə “Bayraqdar” PUA-sından döyüş məqsədilə istifadə edilib”, - məlumatda vurğulanıb.

Qeyd edilir ki, D-30 habitsasından Qranitnoe qəsəbəsi yaxınlığında hərbçilərə atış açılıb, nəticədə bir həbrçi ölüb, biri isə yaralanıb.

Ukrayna ordusu atəşin kəsilməsi üçün çağırış etsə də, qarşı tərəf susmayıb. Bundan sonra “Bayraqdar” havaya qaldırılıb və haubitsa məhv edilib.

Qeyd edək ki, bundan öncə məlumat və videonu ukraynalı könüllüyə istinadla Ukraynanın Senzor.net saytının baş redaktoru Yuri Butusov yaymışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi