“Bayraqdar” və “Javelin” tətbiq edilir, vəziyyət gərgindir
Ukraynaya helikopter, dron və təyyarələrin tədarükü Kiyevi kəskin və təhlükəli addımlar atmağa sövq edir.
Ölkə.az xəbər verir ki, xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
“Ukrayna ordusu Donbasda ABŞ-ın tədarük etdiyi “Javelin” tank əleyhinə raket komplekslərindən və Türkiyə istehsalı silahlı pilotsuz uçuş aparatlarından istifadə etdiyini açıqlayıb. Nəticədə ölkənin şərqində vəziyyət daha da ağırlaşır.
NATO-ya üzv dövlətlər isə Rusiya Federasiyasının öz ərazisində qoşunların hərəkətinə daha çox diqqət ayırır”, - deyə Gerasimov bildirib.
O vurğulayıb ki, KİV-də Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı barədə yayılan məlumatlar yalandır.