azia.az
azia.az

Zelenskidən Rusiyanın itkiləri ilə bağlı ŞOK RƏQƏMLƏR

3-03-2022, 08:29

Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.
Zelenskidən Rusiyanın itkiləri ilə bağlı ŞOK RƏQƏMLƏR
Xəbər verilir ki, müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.

"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.

Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış...(planları-red). Amma biz onları saxladıq və əzdik”, - Prezident vurğulayıb.

Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: "Və onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər".report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi