azia.az
azia.az

Zelenski 11 min xarici hərbçinin Ukraynaya girişinə icazə verdi

9-02-2021, 02:58



Ukrayna Prezidenti Vladimir Zelenski digər dövlətlərin Silahlı Qüvvələri bölmələrinin 2021-ci ildə ölkə ərazisinə buraxılması haqqında qanun imzalayıb.
Zelenski 11 min xarici hərbçinin Ukraynaya girişinə icazə verdi
Virtualaz.org bildirir ki, məlumatı Ukrayna dövlət başçısı ofisinin mətbuat xidməti yayıb.

"Vladimir Zelenski "Başqa dövlətlərin Silahlı Qüvvələri bölmələrinin çoxmillətli təlimlərdə iştirak etmək üçün 2021-ci ildə Ukrayna ərazisinə buraxılması haqqında" Ukrayna Prezidentinin 1131-IX saylı qərarının, hansı ki Ali Rada 26 yanvar 2021-ci ildə qəbul edib, təsdiq edilməsi haqqında qanun imzalayıb”, - deyə məlumatda bildirilib.

O da qeyd olunub ki, Ukrayna ərazisində bu il səkkiz çoxmillətli təlimin keçirilməsi nəzərdə tutulur. Orada, təxminən, 21 min Ukrayna, 11 min nəfər isə digər ölkələrdən hərbçilər iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi