Hərbi hissə artilleriya atəşinə tutuldu - 70 hərbçi həlak olub - Foto
Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində rus ordusunun hərbi hissəni kütləvi artilleriya atəşə tutması nəticəsində 70 hərbiçi həlak olub. Ucnoqta.az xəbər verir ki, bu barədə Telegram-da Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib. "Dünən düşmən artilleriyası hərbi hissəni əhatə edib. Onlar meyitləri dağıntılar altından çıxarmaqda davam edirlər. Dövlət Fövqəladə Hallar Xidməti, könüllülər işləyir. Çoxlu ölü var. Bununla yanaşı, Jivitski düşmən tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb. "Şəhərdə çoxlu rus cəsədi var idi, biz onları toplayırıq. Qızıl Xaç Cəmiyyətinin əməkdaşları onları evlərinə aparır", - Sumı Regional Dövlət Administrasiyasının sədri əlavə edib.