azia.az
azia.az

İcra başçısı: Tərtərdə artilleriya atəşi nəticəsində sıradan çıxan elektrik xətləri bərpa edilib

4-04-2016, 10:40

İcra başçısı: Tərtərdə artilleriya atəşi nəticəsində sıradan çıxan elektrik xətləri bərpa edilib Cəbhə bölgəsində erməni silahlı birləşmələrinin ən çox atəşə tutduğu Tərtər rayonunda həyat öz axarında davam edir, hamı öz işindədir. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, hazırda əhali adi qaydada gündəlik işini davam etdirir: "Camaat adi qaydada işini davam etdirir. Bütün idarə və təşkilatlar fəaliyyət göstərir. Gündəlik həyat tərzini yaşayırıq. Heç bir problem yoxdur".
Erməni hərbçilərinin ağır artilleriyalardan atəşə tutması nəticəsində rayon və kəndlərdə sıradan çıxan elektrik xətlərinin tam bərpa edildiyini deyən M.Məmmədov qeyd edib ki, hazırda bütün kəndlər elekrtik enerjisi ilə fasiləsiz təmin edilib.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi