Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
Yanvarın 22-də Bakı qarnizonundakı N saylı hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.![]()
Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!