"Kiyevin sizə və PUA-nıza ehtiyacı var” - Ukrayna MN dronu olan vətəndaşlara MÜRACİƏT ETDİ
“Sizin pilotsuz uçuş aparatınız varsa, onu təcrübəli pilotların istifadəsinə verin!”Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsindəki müraciətdə bildirilib.
“Kiyev bizim evimizdir, onun müdafiəsi ümumi işimizdir! Bu ağır günlərdə Kiyevin sizə və PUA-nıza ehtiyacı var”, – deyə müraciətdə qeyd edilib.
Məlumata görə, PUA-sı olanlar və ya ondan istifadə etməyi bacaranlar aşağıdakı göstəriciləri qeyd etməlidir:
Yaşadığı rayon, şəhər, necə uyğundursa ünvan, pilot təcrübəsi, əgər varsa PUA-nın tipi, batareyasının sayı, orduda xidməti etməsi, təmas üçün koordinatlar.
Mənbə:My Webpage